Prezident İlham Əliyev:İnformasiya və kommunikasiya texnologiyalari sahəsi sürətlə inkişaf edir və parlaq gələcəyə malikdir.

Tərəfdaşlar

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyaları Nazirliyi (RYTN)

2007-ci il fevralın 13-də “Regionların sosial-iqtisadi inkişafı üzrə (2004-2008-ci illər) Dövlət Proqramı”nın üç illiyi münasibətilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan etmişdir. Həmin vaxtdan bu sahənin inkişafına daha çox diqqət yetirilir, hökumət üçün həyat fəaliyyətinin bütün sahələrində informasiya texnologiyalarının tətbiqi əhəmiyyət kəsb edir, çünki İKT müasir zamanda rəqabət qabiliyyətinin və iqtisadi artımın katalizator rolunu oynayır.

 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi

BMTİP-in Azərbaycan Nümayəndəliyi 20 ildən çoxdur ki, ölkədə fəaliyyət göstərir. Proqram ölkədə öz nümayəndəliyini 1992-ci ilin payızında Azərbaycanın müstəqillik qazanaraq Birləşmiş Millətlər Təşkilatına üzvlüyünün ardınca açmışdır. BMT-nin İnkişaf Proqramının Azərbaycandakı fəaliyyətinin ilk illərində Dağlıq Qarabağ münaqişəsinə məruz qalmış əhaliyə yardımını nəzərdə tutan erkən bərpa proqramlarının həyata keçirilməsilə ilə başlamışdır. Zaman keçdikcə, BMTİP-in Azərbaycandakı rolu ölkənin artan ehtiyaclarına uyğun uzun müddətli sosial-iqtisadi inkişafa yönəldi.

 

http://www.az.undp.org/content/azerbaijan/en/home.html

http://www.mincom.gov.az/

http://www.un.org/en/development/desa/index.html

http://igf2012.com/

http://www.unescap.org/

http://www.unece.org/

http://rigf.az/

http://euraca.az/