Prezident İlham Əliyev:İnformasiya və kommunikasiya texnologiyalari sahəsi sürətlə inkişaf edir və parlaq gələcəyə malikdir.

Missiyamız

Müasir əsrdə inkişaf və artım İnformasiya Kommunikasiya Texnologiyalarının  tətbiqi ilə birbaşa əlaqədardır. Hal-hazırda İKT-nin tətbiqi səviyyəsi əqli və elmi potensialın, dövlət idarəçiliyində şəffaflığın, sosial və iqtisadi problemlərin həllinin əsas indikatorlarındandır. İnformasiya Kommunikasiya Texnologiyaları güclü vasitə kimi yoxsulluğa qarşı mübairızənin aparılması, qadınların səlahiyyətlərinin genişləndirilməsi, təhsil səviyyəsinin artırılması və ətraf mühitin idarəolunmasının yaxşılaşdırılması üçün Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında getdikcə artan vacib rol oynayır.

Azərbaycan Hökuməti informasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirir. Azərbaycanın İKT-yə dair  Milli Strategiyasında (2003-2012-ci illər)  dövlət sektorunda səmərəliliyi və şəffaflığı artırmaq üçün İKT vasitələrindən geniş istifadə təbliğ  olunur və innovasiyalar İKT-nin tətbiqi üçün əsas prinsiplərdən biri kimi qəbul edilir. Azərbaycan, həmçinin regional və beynəlxalq səviyyələrdə informasiya cəmiyyətini  milli inkişaf prioriteti kimi təbliğ edən ölkə kimi tanınır. Ölkə 2012-ci ildə 7-ci İnternet İdarəçilik Forumuna ev sahibliyi etmişdir və 2013-cü ili İKT ili elan etmişdir.

Azərbaycan Hökumətinin investisiya qoyduğu birgə milli səylər ölkəyə İKT sahəsində MDB ölkələri arasında  ən yaxşı ölkələrdən biri olmaq imkanı vermişdir (2012-ci il Qlobal Texnologiya Hesabatı, Dünya İqtisadi Forumu). İKT sektoru öz ölçüsünə görə  2004-2013-cü illər müddətində hər üç ildən bir orta hesabla iki dəfə artmışdır. Azərbaycan Respublikası İnternet istifadəçilərinin sıxlığına görə son üç ildə MDB ölkələri arasında liderdir. 2012-ci ildə bu rəqəm 65 %-dən  70%-dək yüksəlmişdir. Bundan əlavə, 2012-ci ildə İnternet xidmətlərinin keyfiyyəti, həmçinin xarici İnternet bağlantısı 2.2 dəfə artmış və qiymətlər 2011-ci illə müqayisədə 35% azalmışdır (Dünya İqtisadi Forumu). 

Şəkil 1-dən göründüyü kimi Azərbaycan ön sıralarda gedən Orta Gəlir Ölkələrinin orta göstəricisinə çatmış və  bir neçə halda onları keçmişdir və artıq yüksək gəlirk ölkələrinin göstəricilərinə yaxınlaşmaqdadır. Azərbaycanın bu hərəkətverici qüvvəyə əsaslanması və geniş İKT strategiyasını hazırlamaq, ölkə üzrə İKT infrastrukturuna daha geniş çıxışı təmin etmək, İKT-nin müəssisələrə inteqrasiyasını təbliğ etmək, sosial  və iqtisadi təsir üçün İKT-dən daha geniş istifadə etmək vasitəsilə onu daha da davamlı etməsi vacibdir. Bu layihə Hökumətə aşağıdakı məqsədlərin həyata keçirilməsində dəstək verməklə İKT mühitinin yuxarıda sadalanan meyarlarını təkmilləşdirməyə kömək edəcək.

1)    İKT üzrə Milli Strategiyanın hazırlanması;

2)    AzDataCom şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi vasitəsilə ölkə üzrə İKT infrastrukturunun təkmilləşdirilməsi;

3)    İKT-nin istifadəsi üzrə PPP Mütəxəssis Mərkəzinin yaradılması vasitəsilə İKT-nin müəssisələrə inteqrasiya edilməsinin təbliğ edilməsi;

Vətəndaşların e-İştirak üçün imkanlarının genişləndirilməsi, Açıq Hökumət MəlumatlarınaData Mərkəzə çıxışın təmin edilməsi və “rəqəmsal fərq”in aradan qaldırılması üçün Avrasiya Rabitəlilik Alyansının  yaradılması vasitəsilə milli və regional səviyyələrdə İKT-nin daha böyük sosial və iqtisadi təsirlər üçün istifadəsinin maksimal həddə çatdırılması.