Prezident İlham Əliyev:İnformasiya və kommunikasiya texnologiyalari sahəsi sürətlə inkişaf edir və parlaq gələcəyə malikdir.

Nailiyyətlərimiz

 

  •          Azərbaycan Respublikasında Açıq Hökumət Məlumatına dair biliklərin inkişafı üçün "Açıq Hökumət Məlumatı: məlumatların Azərbaycanda şəffaflıq, məsuliyyət və əməkdaşlıq üçün istifadə olunması” mövzusunda seminar keçirilmişdir. Bu yanaşma hökumət fəaliyyətlərinin şəffaflığını və məsuliyyətini inkişaf elətdirmək üçün imkan yaradır;
  •          İnformasiya və hökumətin məlumat mərkəzinə girişi asanlaşdıracaq 2012-2015-ci illər Açıq Hökumət Tərəfdaşlığı Fəaliyyət Planını hazırlamaq üçün RYTN ilə sıx əməkdaşlıq edilmişdir. Müvafiq planın məqsədi İKT vasitəsilə vətəndaşların dövlətin həm siyasi məsələlərinə və həm də qərar qəbuletmə proseslərinə cəlb olunması və dövlətin  vergilərin hara xərclənməsi və qərar qəbuletmə prosesləri kimi sahələrdəki iş prinsipiylə daha yaxından tanış olmasıdır;
  •          Ölkədə e-İştirak üçün perspektivləri müəyyən və müzakirə edərək, e-hökumət  xidmətləri vasitəsilə fəal  vətəndaşların  iştirak imkanlarını müəyyənləşdirmək;
  •          Layihə internetin qlobal inkişafına yetəri qədər öz töhfəsini verir ve beynəlxalq İKT cəmiyyəti və Azərbaycan Respublikası arasında əməkdaşlığı  əhəmiyyətli dərəcədə inkişaf etdirir;
  •          Tədbirlərdə İKT Şəbəkəsində İnternet İdarəetməsində gənclər üçün imkanlar; Azərbaycanda e-Xidmətlərində yeni çağırışlar, imkanlar və risklər; aztəminatlı şəxslərin informasiya cəmiyyətində rast gəldiyi problemlər; və kiber təhlükəsizlik ilə bağlı mövzular müzakirə olundu;
  •          Azərbaycan hökumətinin və digər xarici ölkələrin işgüzar nümayəndələri, elmi təşkilatlar və vətəndaş cəmiyyətinin üzvləri  internetlə bağlı aktual məsələləri müzakirə etmək üçün bir araya gəldi;
  •          Dövlət orqanlarını, özəl sektoru və vətəndaş cəmiyyətini İKT-nin infrastrukturunun vətəndaşlar üçün bəhrəli istifadəsi üçün əməkdaşlığa cəlb olunması. Layihə bu dialoqu asanlaşdırmaq və idarə etmək üçün koordinasiya nöqtəsidir.