Prezident İlham Əliyev:İnformasiya və kommunikasiya texnologiyalari sahəsi sürətlə inkişaf edir və parlaq gələcəyə malikdir.

Layihə haqqında

"Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlılığının və səmərəliliyinin modernləşdirilməsi" Layihəsi dövlət sektoru təsisatlarının səmərəliliyinin artırılması, İKT-nin insanlar və müəssisələrə təsirinin maksimal səviyyəyə çatdırılması və regional səviyyədə rəqəmsal fərqin aradan qaldırılmasına dair çoxtərəfli dialoqun aparılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının əhatə dairəsini genişləndirməkdə Azərbaycan Hökumətinə kömək edəcək. Bu mürəkkəb məqsədə nail olmaq üçün layihə beynəlxalq təşkilatlar (UNDESA, UNECE, UNPAN  və s.) Azərbaycanın milli və yerli dövlət qurumları, vətəndaş cəmiyyəti, işgüzar dairələr və tərəfdaşlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq həyata keçirəcək. Layihədə 7 komponent olacaq:

 

  • İKT-yə dair Milli Strategiyanın hazırlanması (2013 – 2020-ci illər üzrə);

 

        

 

  • AzDataCom şəbəkəsinin genişləndirilməsi və təkmilləşdirilməsi;
  • İKT/Genişzolaqlı İnternet üzrə PPP Mütəxəssis Mərkəzinin yaradılması;
  • e-İştirak üzrə milli potensialın yaradılması;

 

      

  • Açıq Hökumət məlumatları üzrə məlumatlılığın artırılması;

 

       

  • EurACA üçün fəaliyyət çərçivəsinin yaradılması;

 

          

  • Data Mərkəzin Azərbaycanda yaradılması.